"Sumqayıt" klubuna yeni məşqçi təyin olunub
22 İyun 2018 18:43 İdman"Sumqayıt" futbol klubunun baş məşqçisi Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.
Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, 37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandası, 2008-2011-ci illərdə Azərbaycanın U-15 və U-17 milli komandalarında işləyib. E.Babayev həmçinin 2009-2011-ci illərdə "Rəvan"da, 2012-2015-ci illərdə "Simurq"da, 2016-2018-ci illərdə isə Rusiyanın MOİK futbol akademiyasında çalışıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31