DÇ-2018: Braziliya millisi ilk qələbəsini qazanıb

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının E qrupunda ikinci turun oyunlarına start verilib.

Braziliya Kosta-Rika ilə üz-üzə gəlib. "Sankt-Peterburq" stadionunda baş tutan qarşılaşma Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol uzatma dəqiqələrində vurulub. Əvvəlcə Filippe Koutinyo fərqlənib. Bu, Koutinyonun mundialda ikinci qolu olub. 26 yaşlı yarımmüdafiəçi ötən tur İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada da fərqlənmişdi. Oyunda son nöqtəni isə Neymar qoyub.  

Bu nəticədən sonra Braziliya xallarının sayını 4-ə çatdırıb. Xalı olmayan Kosta-Rika isə qrupda qalıb. 

DÇ-2018

22 iyun

II tur

E qrupu

16:00. Braziliya - Kosta-Rika - 2:0 

Qollar: Filippe Koutinyo, 90+1. Neymar, 90+7

Hakimlər: Byorn Kuypers, Sander van Rukel, Ervin Zeinstra (hamısı Hollandiya), Damir Skomina, Yure Praprotnik (Sloveniya)

Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu

Qeyd edək ki, E qrupunun digər oyununda Serbiya və İsveçrə yığmaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31