“Qarabağ”ın oyununun başlama saatı açıqlanıb
22 İyun 2018 11:54 İdman"Qarabağ"ın Çempionlar Liqasını birinci təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubuna qarşı keçirəcəyi hər iki oyununun başlama saatı müəyyənləşib.
Sloveniyada keçiriləcək ilk görüş 11 iyul saat 22:00-da (Bakı vaxtı ilə) başlayacaq. Cavab oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Bu qarşılaşmaya 18 iyul saat 21:00-da start veriləcək.
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31