DÇ-2018: İranda kafe və restoranlarda futbol izləmək olmaz!
21 İyun 2018 16:53 İdmanİranda dünya çempionatı ilə bağlı maraqlı qərar qəbul edilib.
Məşhəd şəhərinin rəhbərliyi İran - İspaniya matçının başlanmasına yarım saat qalmış kafe və restoranların bağlanması ilə bağlı tapşırıq verib.
Bu barədə Məşhəd polisi rəsmi məlumat yayıb. Mühafizəkarlığı ilə seçilən İranda belə bir qərarın qəbul edilməsi heç də birmənalı qarşılanmayıb.
Qeyd edək ki, sözügedən qarşılaşma İran millisinin 0:1 hesablı məğlubiyyət ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31