"Qəbələ"nin Avropa Liqasındakı ilk oyununun yeri dəyişdirilib

“Qəbələ”nin UEFA Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib.

"Qəbələ"nin UEFA Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində "Proqres"ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib. 

İyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. 

Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.

"Qəbələ"nin baş meneceri Zaur Əzizovun "Report"a verdiyi məlumata görə, bu barədə qərarı UEFA qəbul edib. Səbəb Avropa futbol qurumunun Lüksemburqda yalnız bir stadionun tələblərə uyğun hesab etməsidir. Həmin arena isə paytaxt Lüksemburqdakı 8125 nəfərlik "Jozi Bartel" stadionudur.

Avroliqanın I təsnifat mərhələsinin püşkünün nəticəsinə əsasən, "Proqres"lə yanaşı, "Fola Eş" və "Rasinq Yunion" komandaları da ilk görüşlərini evdə keçirməli idi. "Fola Eş" və "Rasinq Yunion"un ilk oyunlarını 10 iyul və 12 iyula təyin edən UEFA "Proqres"in Qəbələdə oynamasını münasib sayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31