“Kuboku ispanlara halal etmirəm, nəfsim ağırdır” — ŞEYX ƏBDÜL

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov “Real”ın (Madrid) və İspaniya millisinin kapitanı Serxio Ramos haqda danışıb.

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov "Real"ın (Madrid) və İspaniya millisinin kapitanı Serxio Ramos haqda danışıb.

Kinorejissor ulduz futbolçunu bəyənmədiyini söyləyib:

"Ramosdan zəhləm gedir. Çempionlar Liqasının finalında Salahı qəsdən zədələdi. Həmin görüntülərə dəfələrlə baxmışam. Açıq-aşkar görünür ki, Salahı qəsdın zədələyir. Şeyxəm, nəfsim də ağırdır. ÇL-də qazandıqları son kuboku onlara halal etmirəm".

Qeyd edək ki, dünən Ramosun çıxış etdiyi İspaniya yığması İran üzərində minimal hesablı (1:0) qələbə qazanıb.

"Ölkə.Az"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31