DÇ-2018: Kriştianu Ronaldu kosa saqqalı saxlamasının səbəbini açıqlayıb

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu dünya çempionatında kosa saqqalı buraxmasının səbəbini açıqlayıb. 

33 yaşlı hücumçu bunu İspaniya yığması ilə oyun ərəfəsində etdiyi zarafatın nəticəsi kimi dəyərləndirib. Kapitan saqqalının tarixçəsini belə nəql edib: "Matçdan əvvəl saunada idik. Mən üzümü qırxmağa başladım. Sonra isə komanda yoldaşlarıma dedim ki, İspaniyaya qol vursam, kosa saqqalını mundialın sonunadək saxlayacağam. Bəxtim gətirdi və həm İspaniyaya, həm də Mərakeşə qol vurdum. Ona görə də belə saqqalı dünya çempionatı yekunlaşanadək qırxmayacağam". 

Qeyd edək ki, Kriştianu Ronaldu B qrupunda İspaniya ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə hər 3 qolun, 1:0 hesablı qələbə qazandıqları qarşılaşmada yeganə topun müəllifi olub. Hazırda o, 4 qolla bombardirlər siyahısına başçılıq edir. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31