"Neftçi"nin baş məşqçisi püşkatmanı dəyərləndirdi: "Rəqib kifayət qədər güclüdür"

"Neftçi"nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının ilk təsnifət mərhələsinin püşkünü dəyərləndirib.

İtalyan mütəxəssis Macarıstanın "Uypeşt" komandasının kifayət qədər güclü kollektiv olduğunu deyib:

"Rəqib xüsusilə fiziki baxımdan güclüdür. Amma bizim qarşımızda böyük məqsədlər var. Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib bu dueldən qalib çıxaq".

Qeyd edək ki, UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatmasının nəticəsinə əsasən Azərbaycan kubokunun sahibi "Keşlə" bu mərhələdə "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionatının gümüş mükafatçı "Qəbələ" Lüksemburqun "Proqres" (Niderkorn), çempionatı 3-cü yerdə başa vurmuş "Neftçi" isə "Uypeşt" (Macarıstan) klubu ilə üz-üzə gələcək.

"Keşlə" və "Qəbələ" ilk oyununu səfərdə, "Neftçi" isə evdə keçirəcək.

I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab qarşılaşmaları isə iyulun 19-da keçiriləcək.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31