Almaniya qəzeti Rusiya millisindən üzr istədi

Almaniyanın tanınmış "Spiegel" nəşri Rusiya millisindən üzr istəyib.

Qəzet komandanın dünya çempionatında uğursuz çıxış edəcəyinə proqnoz verdiyinə görə bu addımı atıb.

Turnirin açılış matçından öncə "Spiegel" meydan sahiblərinin pley-offa çıxmaq şanslarını şübhə altına qoyan məqalə dərc etmişdi. Amma Rusiya gözləönilənlərn əksinə olaraq, Səudiyyə Ərəbistanı (5:0) və Misirə (3:1) qalib gələrək 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edib.

Bundan sonra alman nəşri "Bağışla, Rusiya, biz səhv etmişik" sərlövhəli məqalə buraxıb. 

Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31