DÇ-2018: Portuqaliya və İspaniya ikinci matçına çıxır
20 İyun 2018 11:16 İdmanRusiyada keçirilən dünya çempionatında ikinci tura start verilib.
Növbəti oyun günündə üç qarşılaşma baş tutacaq.
Əvvəlcə meydana A qrupunda mübarizə aparan Uruqvay və Səudiyyə Ərəsbistanı milliləri çıxacaq. İlk oyunda Misir üzərində 1:0 hesablı qələbə qazanan uruqvaylılar mundialın açılış matçında Rusiyaya (0:5) darmadağın olan ərəbləri üstələməyə çalışacaq.
B qrupunda çıxış edən Portuqaliya isə Mərakeşlə münasibətlərə aydınlıq gətirəcək.
Günün son matçında isə İspaniya İranı sınağa çəkəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31