33 minə bilet aldı, stadionda yerini tapa bilmədi - Təşkilatçıların ayıbı - FOTO

Futbol üzrə DÇ-2018-də Rusiya - Səudiyyə Ərəbistanı qarşılaşmasına bilet alan moskvalı azarkeş xoş olmayan sürprizlə qarşılaşıb. Azarkeşin bileti A204 blokunda 29-cu sırada 24-cü yer olub. Ancaq azarkeş stadionda həmin yeri tapa bilməyib. Məlum olub ki, həmin sırada yalnız 26-cı yerə qədər olan oturacaqlar mövcuddu.

Futbol üzrə DÇ-2018-də Rusiya - Səudiyyə Ərəbistanı qarşılaşmasına bilet alan moskvalı azarkeş xoş olmayan sürprizlə qarşılaşıb.

Azarkeşin bileti A204 blokunda 29-cu sırada 24-cü yer olub. Ancaq azarkeş stadionda həmin yeri tapa bilməyib. Məlum olub ki, həmin sırada yalnız 26-cı yerə qədər olan oturacaqlar mövcuddu.

Azarkeş stadiondakı stüardlara müraciət edib. Ona bildiriblər ki, DÇ-nin açılış oyunu başlayana qədər azarkeşin bilet aldığı yeri quraşdırmaq mümkün olmayıb. Əlacsız qalan fanat oyuna ayaq üstə baxmalı olub. (Komanda.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31