Neymar 1998-ci ildən bəri bir oyunda ən çox qayda pozuntusuna məruz qalan futbolçu olub

Dünya çempionatının qrup mərhələsində keçirilən Braziliya - İsveçrə qarşılaşması Braziliya millisinin futbolçusu Neymar üçün əlamətdar olub.

Dünya çempionatının qrup mərhələsində keçirilən Braziliya - İsveçrə qarşılaşması Braziliya millisinin futbolçusu Neymar üçün əlamətdar olub. 

26 yaşlı hücumçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada 10 dəfə qayda pozuntusuna məruz qalıb.

O, 1998-ci il Fransada keçirilən dünya çempionatından bəri bir oyunda ən çox qayda pozuntusu edilən oyunçu kimi tarixə düşüb.  

Qeyd edək ki, İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer 1998-ci dünya çempionatında Tunislə matçda 11 dəfə "foul"la üzləşib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31