Alman azarkeşlər ulduz futbolçunun maşınına hücum etdi
Almaniya millisinin türk əsilli futbolçusu İlkay Gündoğanın avtomobilinə Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyunu zamanı hücum edilib.
16 İyun 2018 14:35 İdmanAlmaniya millisinin türk əsilli futbolçusu İlkay Gündoğanın avtomobilinə Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyunu zamanı hücum edilib.
Axar.az xəbər verir ki, Gündoğanın Kölndə saxladığı avtomobilinə naməlum şəxslər hücum edərək zərər vurublar.
Hazırda məsələnin Gündoğanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü ilə əlaqədar olub olmaması araşdırılır.
Xatırladaq ki, Almaniya ilə Səudiyyə Ərəbistanı arasındakı yoldaşlıq oyununda Məsud Özil və İlkay Gündoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirdikləri üçün fitə basılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31