DÇ-2018: “Ölüm qrupu”nda mübarizə başlayır, Fransa Avstraliyaya qarşı - YENİLƏNİR

Bu gün DÇ-2018-də növbəti oyunlar keçiriləcək.

apasport.az xəbər verir ki, gün ərzində baş tutacaq 4 oyunla C və D qrupunda ilk tura yekun vurulacaq.

İlk olaraq Fransa ilə Avstraliya meydana çıxacaqlar. Heyət baxımından turnirin ən güclülülərindən biri hesab olunan fransızlar mundialın favoritlərindən hesab olunurlar. Didye Deşamın komandası Avstraliya qarşısında turnirə uğurlu başlanğıc eləmək istəyir. Bunun üçün qələbə şərtdi.

Ardınca Argentina və İslandiya münasibətlərinə aydınlıq gətirəcəklər. AÇ-2016-dakı çıxışı ilə hər kəsi təəccübləndirən və yaxşı formada olan avropalılarla daimi favorit cənubi amerikalıların dueli maraqlı mübarizə vəd edir. Messi və dostlarının hədəfi çempionluqdusa, bu görüşdən mütləq 3 xalla ayrılmalıdılar.

Peru - Danimarka matçının da maraqlı keçəcəyi gözlənilir. Sərt futbol oynayan danimarkalıların əsasən texnikalı və pasa söykənən çıxışı ilə parlayan Peru qarşısında nə edəcəyi maraqlıdır.

Günə Xorvatiya - Nigeriya görüşü ilə yekun vurulacaq. "Ölüm qrupu" adlandırılan D qrupundan çıxmağı hədəfləyən hər iki komanda xüsusilə də Avropanın müxtəlif üst səviyyəli klublarında çıxış edən oyunçularına arxalanır. Bu görüşün qalibi böyük ehtimalla qrupda ikinci yerin əsas namizədi olacaq.

DÇ-2018

I tur

C qrupu

14:00. Fransa - Avstraliya

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, "Kazan Arena"

D qrupu

17:00. Argentina - İslandiya

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa), Vilmar Roldan, Aleksander Quzman (hər ikisi Kolumbiya)

Moskva, "Spartak" stadionu

C qrupu

20:00. Peru - Danimarka 

Hakimlər: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (hər ikisi Əlcəzair), Anuar Hmila (Tunis)

"Saransk, "Mordoviya Arena"

D qrupu

23:00. Xorvatiya - Nigeriya

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Antonio Maryö Lahoz, Pau Sebrian Devis (hər ikisi İspaniya)

Kalininqrad, "Kalininqrad" stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31