Məhkəmə bitdi - Ronaldoya iki il həbs cəzası
16 İyun 2018 06:36 İdman"Real Madrid"də forma geyinən portuqaliyalı ulduz Kriştiano Ronaldonun barəsində vergidən yayınma maddəsinə görə açılan cinayət işi üzrə keçirilən məhkəmə prosesi sona çatıb.
Teleqraf.com xəbər verir ki, Ronaldo İspaniya Vergi Departamenti ilə anlaşaraq cəzanı qəbul edib. O, həbs cəzası yerinə 20 milyon avro ödəməklə yaşıl meydançalarda top qova biləcək.
Ronaldonun barəsində 2011 və 2014-cü illərdə vergidən yayınmaqla bağlı araşdırma aparılıb. İspaniya Maliyə Cinayətlərinə qarşı Mübarizə İdarəsi Ronaldonun barışıq təkliflərini dəfələrlə rədd edib.
Sonuncu anlaşmada ulduz futbolçu 20 milyon avro ödəməyə razı olduğunu, qarşı tərəf də öz növbəsində təkliflə razılaşdığını bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31