Futbol üzrə Dünya Çempionatı:Rusiya üçüncü qolunu vurdu... - (YENİLƏNİR)
Bu gün Rusiyanın paytaxtı Moskvada 2018-ci ilin Futbol üzrə Dünya Çempionatı start götürüb.
14 İyun 2018 20:35 İdmanBu gün Rusiyanın paytaxtı Moskvada 2018-ci ilin Futbol üzrə Dünya Çempionatı start götürüb.
XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanan açılış mərasimi "Lujniki" stadionunda keçirilib.
Açılış mərasiminə 20-dən çox ölkənin dövlət başçısı, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb.
Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
"DÇ-2018"-də 6 konfederasiyadan ümumilikdə 35 hakim xidmət göstərəcək. Onların sırasında Türkiyəni təmsil edən FIFA referisi Cüneyt Çakır da var.
Oyunları Azərbaycan tamaşaçılarına İTV və CBC Sport telekanalları təqdim edəcək.
****
19:00. Rusiya - Səudiyyə Ərəbistanı - 3:0 (İkinci hissə)
Qol: Yuri Qazinskiy, 12chr("39"), Denis Çerışev, 43chr("39"), Artyom Dzyuba, 71chr("39")
Baş hakim: Nestor Pitana
Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)
Dördüncü hakim: Sandru Riççi (Braziliya)
Rusiya, Moskva. "Lujniki" stadionu.
Musavat.com