"Napoli"nin futbolçusu: "Çində heç vaxt oynamayacağam"

"Napoli" və Belçika millisinin futbolçusu Dris Mertens Çin klublarından əlverişli təkliflər aldığını etiraf edib.SİA-nın məlumatına görə, 31 yaşlı ulduz bunların hamısına mənfi cavab verdiyini bildirib.

"Neapol və "Napoli" azarkeşləri inanılmaz enerji mənbəyidir. Çində heç vaxt oynamayacağam. Çünki həyat yoldaşım ora getmək istəmir. Ordan elə təklif gəlmişdi ki, indiyə qədər qazandıqlarımdan 2 dəfə artıq qazana bilərdim. "Napoli" ilə müqaviləmin bitməsinə 2 il qalır. Gəlin, görək, gələcəkdə nə olacaq".

Ötən mövsüm A Seriyasında 38 oyuna çıxan Mertens 18 qol, 6 məhsuldar ötürmənin müəllifi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31