"Neftçi" klubunun baş meneceri komanda ilə yollarını ayırıb

"Neftçi"nin baş meneceri Eldəniz Yusifov klubla yollarını ayırıb.

 "Neftçi"nin baş meneceri Eldəniz Yusifov klubla yollarını ayırıb. 

Bu barədə E.Yusifovun özü sosial şəbəkə vasitəsilə bildirib. 

"Bu gün bir ildən artıq çalışdıgım "Neftçi" PFK-dan ayrıldım. Bu nə qədər üzücü olsa da, artıq hər şey geridə qaldı. Bu müddət ərzində birgə çalışdığım rəhbərliyə, kollektivin hər bir üzvünə, futbolçu və məşqçi heyətinə təşəkkürümü bildirirəm. Ürəyində "Neftçi" sevgisi olan azarkeşlərə isə xüsusi təşəkkür düşür. "Neftçi"yə Avropa Liqasının oyunlarında və növbəti çempionatda ugurlar və böyük qələbələr arzulayıram", - E.Yusifov bildirib. 

Qeyd edək ki, Eldəniz Yusifov 2017-ci ilin iyununda "Neftçi"nin baş meneceri vəzifəsinə təyin olunmuşdu.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31