İran millisinin baş məşqçisi FİFA-ya müraciət edib
Futbol üzrə İran milli komandasının baş məşqçisi Karluş Keyruş FİFA-ya müraciət edib.
8 İyun 2018 15:49 İdmanFutbol üzrə İran milli komandasının baş məşqçisi Karluş Keyruş FİFA-ya müraciət edib.
Səbəb ABŞ-ın "Nike" idman malları şirkətinin iranlı futbolçulara idman forması verməkdən imtinasıdır. Portuqaliyalı mütəxəssis bildirib ki. oyunçular öz geyim formalarına adət etdikləri üçün onu dünya çempionatının vacib oyunlarına bir həftə qalmış dəyişmək olmaz.
Məsələ müsbət həllini tapmasa, İran yığması iyunun 15-də Sankt-Peterburqda Mərakeşlə keçirəcəyi ilk tur qarşılaşması üçün digər istehsalçı şirkətdən geyim sifariş edəcək.
"Nike" nümayəndəsi İran yığması ilə əməkdaşlığı dayandırmasını ABŞ-ın İrana sanksiya rejimini sərtləşdirdiyinə dair bəyanatı ilə əlaqələndirib.
Qeyd edək ki, artıq İran millisi Rusiyadadır. Karluş Keyruşun rəhbərlik etdiyi komanda İspaniya və Portuqaliya ilə də üz-üzə gələcək.
"Report"