Dünya çempionatında iştirak edəcək komandanın futbolçuları qarət olunub

Panama milli komandasının futbolçuları Norveçin paytaxtı Osloda qarət olunub.

 Panama milli komandasının futbolçuları Norveçin paytaxtı Osloda qarət olunub. 

Bu barədə federasiyanın rəsmi "twetter" səhifəsi məlumat yayıb.Cinayətkarlar futbolçuların məskunlaşdığı oteldə 3 otağa soxulub. Hadisə vaxtı komanda üzvləri otaqda olmayıb. Norveç polisi hadisəni araşdırır. 

Qeyd edək ki, Panama yığması dünya çempionatında İngiltərə, Tunis və Belçika komandaları ilə birgə G qrupunda mübarizə aparacaq. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31