Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb
Rusiyanın "Rostov" klubu əslən azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə imzalayıb.
6 İyun 2018 17:37 İdmanRusiyanın "Rostov" klubu əslən azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi 4 illik sözləşməyə qol çəkib.
Qeyd edək ki, Ayaz Quliyev 2017/2018 mövsümündə icarə əsasında "Rostov"da çıxış edib. O, müqavilə ilə "Spartak" klubuna məxsus idi. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının heyətində 17 oyun keçirib və 3 qol vurub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31