"Qalatasaray" ilk rəsmi transferini gerçəkləşdirdi - "Qol kralı" ilə 3 illik müqavilə
2017/2018 mövsümünü çempion bitirən “Qalatasaray” ilk rəsmi transferini gerçəkləşdirib. "Sarı-qırmızılılar” “Akhisarspor” ilə müqaviləsi başa çatan Muğdat Çelik ilə 3 illik razılaşma əldə edib.
6 İyun 2018 16:53 İdman2017/2018 mövsümünü çempion bitirən "Qalatasaray" ilk rəsmi transferini gerçəkləşdirib.
"Sarı-qırmızılılar" "Akhisarspor" ilə müqaviləsi başa çatan Muğdat Çelik ilə 3 illik razılaşma əldə edib.
Muğdat Çelik bu mövsüm sabiq komandasının forması ilə 35 matçda 7 qol, 8 məhsuldar ötürmə edib.
Hücumçu mövqeyində hər iki ayağı ilə yaxşı performans sərgiləyən Muğdat 2012/2013 mövsümündə Türkiyənin 2-ci liqasında qol kralı seçilib. Həmçinin bu mövsüm Türkiyə kubokunun finalında "Fənərbaxça"ya qarşı çıxdığı matçın ən yaxşı oyunçusu seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31