DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb
Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib.
6 İyun 2018 15:43 İdmanRusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib.
Bu barədə FİFA-nın mətbuat xidmətindən məlumat verilib. Rəsmi açıqlamada bildirilir ki, ölkə vətəndaşları indiyədək ali fubol qurumundan 500 bilet əldə ediblər. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər.
Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31