"Real" mövsümün ilk transfer bombasını partlatdı

Ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qalibi olan "Real" mövsümün ilk transferini tamamlayıb.

Ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qalibi olan "Real" mövsümün ilk transferini tamamlayıb.

"Kral klubu" "Liverpul"un ulduzu Sadio Mane ilə şərtlərdə razılığa gəlib.

"France Football"un məlumatına görə, hazırda "Real" rəhbərliyi "Liverpul"la danışıqları davam etdirir. Bildirilir ki, Madrid klubunun bu yay ilk transferi məhz Sadio Mane olacaq.

Qeyd edək ki, 26 yaşlı forvard 2016-cı ildə "Sauthempton"dan "Liverpul"a 41,2 milyon avro qarşılığında transfer olunub. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.

Eyni zamanda Seneqal millisinin üzvü olan Mane ötən mövsüm 44 rəsmi oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31