Vadim Proxorov: “Bakıda dünya çempionatının yüksək təşkilati səviyyəsinə heyran oldum"
"Mən buraya təcrübə toplamağa, yarışlarda iştirak etməyə gəlmişəm. Bakıda bizi çox yaxşı qarşıladılar. Bura çox xoşuma gəldi. Velosiped treki beynəlxalq standartlara tamamilə uyğundur". Bunu velosiped idmanının ВМХ (Biker Moto Cross) növü üzrə Bakıda keçirilən dünya çempionatının iştirakçısı, Rusiyanın yeniyetmələrdən ibarət yığma komandasının üzvü Vadim Proxorov deyib.
5 İyun 2018 13:36 İdman"Mən buraya təcrübə toplamağa, yarışlarda iştirak etməyə gəlmişəm. Bakıda bizi çox yaxşı qarşıladılar. Bura çox xoşuma gəldi. Velosiped treki beynəlxalq standartlara tamamilə uyğundur".
Bunu velosiped idmanının ВМХ (Biker Moto Cross) növü üzrə Bakıda keçirilən dünya çempionatının iştirakçısı, Rusiyanın yeniyetmələrdən ibarət yığma komandasının üzvü Vadim Proxorov deyib.
On dörd yaşlı rusiyalı idmançı bildirib ki, Bakıya ilk dəfə gəlib və belə nüfuzlu yarışda ilk dəfə iştirak edir.
V.Proxorov təəssüratlarını bölüşərək deyib: "Bakıda dünya çempionatının yüksək təşkilati səviyyəsinə heyran oldum. Mən "Challеnge" qrupunda yarışacağam. Bu qrupda 1300-dən çox idmançı qüvvəsini sınayacaq. Fikrimcə, Azərbaycan idmançıları yaxşı nəticə göstərə biləcəklər. Bunun üçün onların hər cür şansı var. Çempionatda çox səmimi ab-hava duyulur".