Güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəldi
İstanbulda güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
4 İyun 2018 17:54 İdmanİstanbulda güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
"Ölkə.Az" xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışırlar. Yığmamız iki çəki dərəcəsində təmsil olunur. Turnirdə 87 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov ardıcıl olaraq Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala yüksəlib.
Yarımfinalda onun rəqibi Macarıstan idmançısı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31