"Fenerbahçe"nin ilk istefası
Ali Koçun prezidenti seçilməsindən sonra “Fenerbahçe”də ilk istefa gerçəkləşib.
4 İyun 2018 14:02 İdmanAli Koçun prezidenti seçilməsindən sonra "Fenerbahçe"də ilk istefa gerçəkləşib.
Baş məşqçi Aykut Kocaman postundan istefa verib.
Klubla hələ də birillik müqavilə müddəti qalan baş məşqçi yeni idarənin işlərinin rahat getməsi üçün istefa verdiyini bildirib.
Təcrübəli çalışdırıcı ərizəsini idarə heyətinə təqdim edib.
Qeyd edək ki, Ali Koç vəzifəsinə başlayacağı günlərdə ilk olaraq əsas komandanın baş məşqçisini dəyişdirəcəyini bildirmişdi. Mətbuatda yayılan xəbərlərə görə, prezident "Barselona"nı 3 il çalışdıran Luiz Enrike ilə razılığa gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31