2018/19 mövsümündə ölkəmizi Avropa Liqasında təmsil edəcək "Keşlə" ev oyunlarını keçirmək üçün UEFA-ya stadion sifariş edib. Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, paytax təmsilçisi "Dalğa Arena"da oynayacaq. Qeyd edək ki, "Keşlə"nin əvvəlki illərdə ev oyunlarını keçirdiyi "İnter Arena"da təmir işləri aparılacağından klub bu seçimi edib.