FIFA "The Best" və "Puskas" mükafatları bu tarixdə təqdim ediləcək
FİFA-nın mövsümün ən yaxşı oyunçusuna, qapıçısına, baş məşqçisinə və azarkeşlərinə təqdim edəcəyi FİFA "The Best" mükafatı və mövsümün ən yaxşı qolunun müəllifinə təqdim edəcəyi "Puskas" mükafatı 24 sentyabrda Londonda təqdim ediləcək.
1 İyun 2018 14:59 İdmanFİFA-nın mövsümün ən yaxşı oyunçusuna, qapıçısına, baş məşqçisinə və azarkeşlərinə təqdim edəcəyi FİFA "The Best" mükafatı və mövsümün ən yaxşı qolunun müəllifinə təqdim edəcəyi "Puskas" mükafatı 24 sentyabrda Londonda təqdim ediləcək.
Olaylar.az xəbər verir ki, FİFA 2010-2016-cı illər aralığında Ballon Dchr("39")Or mükafatı ilə birləşərək, "FİFA Ballon Dchr("39")Or" mükafatını təqdim edirdi. 2016-cı ildən isə "Ballon Dchr("39")Or" mükafatını hər zamankı kimi France Football nəşri təqdim edir. FİFA isə yenidən özünün ayrıca mükafatını təqdim edir. "The Best" mükafatı 2016-cı ildə ümumi il üzrə, 2017-ci ildə isə sadəcə 2016/17 mövsümü üzrə təqdim edilib.
2016/2017-ci il mövsümü üzrə mükafatın qalibləri Cristiano Ronaldo, Zinəddin Zidan, Canluici Buffon, Oliver Jiru və Seltik azarkeşləri olub.