Küveyt müftisi: “Salah oruc tutmadığı üçün zədələnib”

Küveyt müftisi Mübarək əl-Bathali misirli futbolçu Məhəmməd Salahın oruc tutmadığı üçün final oyununda zədələndiyini, bunun Allah tərəfindən bir cəza olduğunu bildirib.

Küveyt müftisi Mübarək əl-Bathali misirli futbolçu Məhəmməd Salahın oruc tutmadığı üçün final oyununda zədələndiyini, bunun Allah tərəfindən bir cəza olduğunu bildirib.

Müfti məsələ ilə bağlı bunları deyib:

"Müsəlmanlar səfərə çıxanda oruc tutmurlar. Amma Salah İngiltərədən Ukraynaya səfər etdiyi üçün yox, futbol oyunu üçün oruc tutmayıb. Bu niyyətinə görə də günaha batıb və zədələnib. Zədə Allah tərəfindən verilən bir cəzadır".

Qeyd edək ki, Salah dietoloqla görüşdən sonra oyundan bir gün əvvəl və oyun günü oruc tutmayacağını açıqlamışdı.

"Ölkə.Az"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31