La Liqa klubuna yeni baş məşqçi təyin olunub
30 May 2018 19:02 İdmanİspaniya La Liqasına vəsiqə qazanan "Hueska" klubuna yeni baş məşqçi təyin olunub.
Debütantı argentinalı Leo Franko çalışdıracaq. Keçmiş qapıçı ilə 1 illik müqavilə imzalanıb.
41 yaşlı Franko karyerasının ən parlaq dönəmini "Malyokra" və "Atletiko"da keçirib. O, 2009/10 mövsümündə "Qalatasaray"ın uğurları üçün çıxış edib. Franko futbolçu karyerasını 2016-cı ildə "Hueska"da başa vurub. O, Argentina millisində 4 oyun keçirib.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31