Ronaldo PSJ ilə danışıqlar üçün Parisə yollanacaq
30 May 2018 17:57 İdmanRonaldonun "Real"dan gedişi tədricən reallığa çevrilmək üzrədir.
SİA-nın məlumatına görə, portuqal ulduzun PSJ ilə danışıqlar aparmaq üçün Parisə yollanacağı gözlənilir. Paris klubu ona 45 milyon avro illik məvacib ödəməyə hazırdır.
Bununla yanaşı, PSJ ehtiyat edir ki, Ronaldonun transferi "Real"ın Neymarı heyətinə qatmasını asanlaşdıra bilər. "Real" bir müddət öncə təcrübəli futbolçuya 1 milyard avro qiymət qoymuşdu.
Qeyd edək ki, ötən mövsüm Ronaldo Primeranın 27 oyununda 26 qol vurmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31