Daha bir hakimimizin kateqoriyası yüksəldildi
UEFA 2018-2019-cu il mövsümünün birinci yarısı üçün futzal hakimlərinin kateqoriyasını açıqlayıb.
30 May 2018 15:54 İdmanUEFA 2018-2019-cu il mövsümünün birinci yarısı üçün futzal hakimlərinin kateqoriyasını açıqlayıb.
Buna qədər üçüncü kateqoriyada yer alan Yusif Nurullayev ikinci kateqoriyaya, birinci kateqoriyada yer alan Elçin Səmədli isə geriləyərək ikinci kateqoriyaya daxil edilib.
Digər FİFA referilərimiz - Ramil Namazov və Hikmət Qafarlı isə üçüncü kateqoriyada qərarlaşıb.
Xatırladaq ki, futbol üzrə FİFA referimiz Əliyar Ağayev 1-ci kateqoriyaya yüksəldilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31