AFFA “Keşlə” və “Qəbələ”ni cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırırıq:

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırırıq:

28 may 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Azərbaycan kubokunun final matçı olan "Keşlə" - "Qəbələ" görüşündə "Keşlə" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur(maddə 40). Oyunun 88-ci dəqiqəsində "Qəbələ" klubunun 18 №-li futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 38.1). Qarşılaşmanın 55-ci dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52). Oyunun 90+3-cü dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31