Kevin Strootmanın “Qarabağ”la oyunda geyindiyi forma hərraca çıxarılıb
30 May 2018 10:57 İdmanİtaliyanın "Roma" klubunun futbolçusu Kevin Strootmanın 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin son oyununda doğma divarlar arasında "Qarabağ"la matçda geyindiyi forma hərraca çıxarılıb.
Bu barədə paytaxt təmsilçisi "Twitter" hesabından paylaşım edib. İtaliya klubu fiziki, psixoloji, iqtisadi, sosial problemləri olan və valideynlərini itirən uşaqlara dəstək kampaniyası çərçivəsində bu addımı atıb.
Qeyd edək ki, "Roma" dekabrın 5-i "Stadio Olimpico" stadionunda baş tutan qarşılaşmada "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31