"Ya tatuajı pozdursun, ya da millidən uzaqlaşdırılsın!" - FOTO

"Analar silaha qarşı" təşkilatı "Mançester Siti"-nin futbolçusu Rahim Sterlinqi İngiltərə millisinin heyətindən kənarlaşdırmağa çağırıb. Bunun səbəbi futbolçunun İnstagram-da paylaşdığı fotodur. Sterlinqin ayağında M-16 avtomatının tatuajı diqqətdən qaçmayıb. Sözügedən qurumun 63 yaşlı nümayəndəsi Lüsi Koup sərt danışaraq yarımmüdafiəçinin qarşısına 2 seçim qoyub. Ya tatuajı pozdurmaq, yaxud millidən uzaqlaşdırılmaq.

"Analar silaha qarşı" təşkilatı "Mançester Siti"-nin futbolçusu Rahim Sterlinqi İngiltərə millisinin heyətindən kənarlaşdırmağa çağırıb.

Bunun səbəbi futbolçunun İnstagram-da paylaşdığı fotodur. Sterlinqin ayağında M-16 avtomatının tatuajı diqqətdən qaçmayıb. Sözügedən qurumun 63 yaşlı nümayəndəsi Lüsi Koup sərt danışaraq yarımmüdafiəçinin qarşısına 2 seçim qoyub. Ya tatuajı pozdurmaq, yaxud millidən uzaqlaşdırılmaq.

Sterlinq isə nə üçün avtomat tatuajı etdirməsinə belə aydınlıq gətirib:

"Mənim 2 yaşım olanda atam silahdan açılan atəşlə öldürülüb. Söz vermişəm ki, həyatımda heç vaxt silaha toxunmayacam. Bu tataujın dərin mənası var. Mən sağ ayağımla zərbə vururam. Döyməni buna görə etdirmişəm".

İngiltərə millisi 2018-ci il dünya çempionatında Belçika, Panama və Tunislə eyni qrupda yer alır.

Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31