Misir Ramosa 1 milyardlıq təzminat davası açdı
Çempionlar Liqasının finalında “Real”ın oyunçusu Serxio Ramosla mübarizə zamanı çiynindən zədə alan “Liverpul”un ulduzu Məhəmməd Salah Misirdə gündəmdən düşmür.
29 May 2018 15:33 İdmanÇempionlar Liqasının finalında "Real"ın oyunçusu Serxio Ramosla mübarizə zamanı çiynindən zədə alan "Liverpul"un ulduzu Məhəmməd Salah Misirdə gündəmdən düşmür.
Misirli vəkil Basem Vəhba Salahı zədələyən Ramosa 1 milyard avroluq təzminat davası açıb.
Vəkil buna səbəb olaraq Dünya Çempionatından öncə Salahı zədələyən Ramosun Misir xalqına zərər verdiyini göstərib. O, Ramosu fiziki və psixoloji təzyiq etməkdə günühlandırıb və FİFA-ya şikayət edib.
Qeyud edək ki, 26 mayda baş tutan final görüşündə Məhəmməd Salahla Serxio Ramos təkbətək mübarizədə yerə yıxılmış, çiyni üzərinə düşən Salah zədələnərək oyunun 31-ci dəqiqəsində göz yaşları içində meydanə tərk etmişdi.