Çin klubu "Qalatasaray"ın baş məşqçisinə təklif göndərib
Çinin "Dalyan Lifan" klubu Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terimə təklif göndərib.
25 May 2018 18:54 İdmanÇinin "Dalyan Lifan" klubu Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terimə təklif göndərib.
65 yaşlı mütəxəssisə illik 10 milyon avro təklif olunub.
F.Terim bu təklifi qəbul edəcəyi təqdirdə, Xosep Qvardiola və Joze Mourinyodan sonra dünyanın ən çox qazanan 3-cü baş məşqçisi olacaq. Təcrübəli baş məşqçi uğursuz nəticələr göstərən Bernd Şusteri əvəzləyəməyə əsas namizəddir.
Qeyd edək ki, "Dalyan Lifan" Çin liqasında 11 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Komandanın heyətində Nikolas Qaytan və Yannik Karrasko kimi futbolçular çıxış edir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31