Dopinqlə bağlı qanun sərtləşdirilir
Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılır.
25 May 2018 15:04 İdmanAzərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılır.
"Olaylar"ın məlumatına görə, bununla bağlı "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanuna dəyişiklik edilir. Qanunun 7-ci (Milli antidopinq qurumunun vəzifələri) maddəsinə yeni bənd əlavə edilir. Əlavə edilən 7.0.12-1 bəndinə əsasən, Azərbaycan Milli Antidopinq Agentliyinə idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31