Braziliya millisinin düşərgəsinə dron buraxılıb

Rusiyadakı dünya çempionatına hazırlaşan Braziliya milli komandasının məşq meydanına dron daxil olub.

Rusiyadakı dünya çempionatına hazırlaşan Braziliya milli komandasının məşq meydanına dron daxil olub.

Pilotsuz uçuş aparatına qələm, Braziliya bayrağı və Neymardan avtoqraf verməsi xahişi bərkidilib. Yığmanın təhlükəsizlik xidməti dronu və polisə təhvil verib.

Qeyd edək ki, Braziliya millisi dünya çempionatında İsveçrə, Kosta-Rika və Serbiya ilə birgə E qrupunda mübarizə aparacaq. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31