Çempionlar Liqasının finalı yenidən İstanbulda – 15 il sonra

2019-2020 mövsümündə Çempionlar Liqasının finalının keçiriləcəyi şəhər müəyyənləşib.

2019-2020 mövsümündə Çempionlar Liqasının finalının keçiriləcəyi şəhər müəyyənləşib.

Qitənin 1 nömrəli klub turnirinin həlledici oyunu İstanbulda olacaq. Buna UEFA İcraiyyə Komitəsinin Kiyevdə keçirilən iclasında qərar verilib. Görüş Atatürk Olimpiya Stadionunda oynanılacaq.

2020-ci ildə ÇL-in finalını qəbul etməyə digər namizəd şəhər isə Lissabon idi. Atatürk Olimpiya Stadionu ilə "Estadio da Luz" (Lissabon) arasında seçim aparan qitə futbol qurumu səs çoxluğu ilə İstanbulu qalib elan edib. Həmin il Avropa Liqasının finalı isə Polşanın Qdansk şəhərində oynanılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı sonuncu dəfə 2005-ci ildə İstanbulda keçirilmişdi. Əsas və əlavə vaxtı 3:3 başa çatan qarşılşamanın penaltilər seriyasında "Milan"ı məğlub edən "Liverpul" kubokun sahibi olmuşdu.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31