Arda Turanın cəzası azaldıldı
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Başakşəhər"in futbolçusu Arda Turanın cəzasını azaldıb.
24 May 2018 18:40 İdmanTürkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Başakşəhər"in futbolçusu Arda Turanın cəzasını azaldıb.
Türk yarımmüdafiəçiyə verilən 16 oyunluq cəza 10-a endirilib.
Qeyd edək ki, Türkiyə Superliqasının 32-ci turunda "Sivasspor"la oyunda hakimə qarşı intizamsız hərəkət edən A. Turan 16 oyunluq cəzalanmışdı. 31 yaşlı futbolçuya yan xətt hakimini itəlidiyi üçün 10, onu ölümlə hədələdiyi və təhqir etdiyi üçün isə 6 oyunluq cəza verilmişdi.
Əlavə edək ki, A.Turana verilən 39 min lirə cərimədə heç bir dəyişiklik edilməyib.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31