Məktəblilərin hərbi idman bayramına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hərbi idman bayramına start verilib. "OLAYLAR"-a BŞTİ-dən bildirilib ki, Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən hərbi idman bayramının əsas məqsədi hərbi-fiziki hərəkət və oyunları tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla, gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Qeyd edək ki, keçirilən hərbi idman oyunlarına Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri, Azərbaycan Respublikası Əmək və Müharibə Veteranları Təşkilatının əməkdaşları, Qarabağ müharibəsi veteranları dəvət edilib.  

Çıxış edənlər şagirdlərin  gələcəkdə Vətənə layiqli əsgər və yetkin vətəndaş olacağına əminliklərini ifadə ediblər. 

Sonda qaliblərə diplom və Fəxri fərman verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31