Məşhur futbolçunu 6 illik həbs gözləyir - MAFİYA İDDİASI - FOTO
24 May 2018 07:18 İdmanİtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Vinçenzo Yakinta 6 illik həbs oluna bilər.
Publika.az xəbər verir ki, o, 2015-ci ilin dekabrında qanunsuz odlu silah saxlamaqla yanaşı, Kalabriya mafiyası ilə əlaqələr qurduğuna görə ittiham olunur.
Bu iş üzrə 140 şəxsə ittiham irəli sürülüb və onların arasında Yakintanın atası da var. Prokuror sabiq futbolçunun atasına 19 il həbs cəzası verilməsini tələb edir.
Qeyd edək ki, Vinçenzo Yakinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31