Təbrizin "Traktor" klubu satıldı

Bir müddət əvvəl satışa çıxarılan Təbrizin “Traktor” futbol klubunun yeni sahibi bəlli olub.

Bir müddət əvvəl satışa çıxarılan Təbrizin "Traktor" futbol klubunun yeni sahibi bəlli olub.

Bu barədə klubun icraçı direktoru Abbas İlyasi məlumat yayıb. O, klubun hərrac nəticəsində bir neçə sənaye müəssisəsinin sahibi Məhəmmədrza Zenuziyə satıldığını bildirib.

Qeyd edək ki, "Traktor" klubu mayın 12-dən 19-dək hərraca çıxarılmışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31