La Liqanın ən yaxşı qapıçısı

İspaniya La Liqasında mövsümün ən yaxşı qapıçısı bəlli olub.

İspaniya La Liqasında mövsümün ən yaxşı qapıçısı bəlli olub. 

Madrid "Atletiko"sunun qolkiperi Yan Oblak mövsümün ən yaxşısı seçilib. O, La Liqada mövsümün ən yaxşısına təqdim edilən "Samora" mükafatına sahib çıxıb. 

Sloveniyalı qolkiper ardıcıl 3-cü il bu mükafata yiyələnib.

Qeyd edək ki, Oblak mövsüm ərzində şans qazandığı 37 matçda 22 qol buraxıb.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31