Buffonun yeni klubu bəllidir - 8 milyon avro maaş

"Yuventus"u tərk edən Canluici Buffonun yeni klubu bəlli olub. Təcrübəli qolkiper karyerasını Fransada davam etdirəcək.

"Yuventus"u tərk edən Canluici Buffonun yeni klubu bəlli olub. Təcrübəli qolkiper karyerasını Fransada davam etdirəcək.  

40 yaşlı qolkiper PSJ klubu ilə anlaşıb. Paris klubu Buffona illik 8 milyon avro maaş və kapitanlıq sarğısını təklif edib. O, çərşənbə günü Fransa təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcək.  

Qeyd edək ki, "Verona" ilə oyunda son dəfə "Yuventus"un formasını geyinən Buffon 2001-ci ildən Turin klubunda çıxış edirdi. Qeyd edək ki, Buffon "qoca sinyora"nın heyətində 656 oyun keçirib.  

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31