Millimizin oyununun hakimləri bəlli oldu
16 May 2018 11:06 İdman20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.
Bakıda keçiriləcək matçı Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Gürcüstan görüşü bu gün saat 19:00-da başlayacaq.
Qol.az-ın AFFA-nın saytına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31