Paytaxt məktəblisindən möhtəşəm qələbə

Paytaxt məktəblisi Rusiyada boks üzrə beynəlxalq turnirdə I yerə layiq görülüb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 159 nömrəli tam orta məktəbin şagirdi Əhəd Rüstəmli 28 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gəlib.

Paytaxt məktəblisi Rusiyada boks üzrə beynəlxalq turnirdə I yerə layiq görülüb.

"OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 159 nömrəli tam orta məktəbin şagirdi Əhəd Rüstəmli  28 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gəlib.

Ə.Rüstəmli final mərhələsində erməni idmançını məğlub edib. Turnirin ən yüksək kürsüsünə yüksələn Ə.Rüstəmli medal, diplom və kubokla təltif olunub.

Qeyd edək ki, boks idman növü ilə qısa müddət məşğul olmasına baxmayaraq, 10 yaşlı məktəbli ölkədaxili yarışlarda da böyük nailiyyətlər əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31