Komanda ikinci liqaya düşdü, azarkeşlər stadionu yandırdı - FOTO

Almaniya Bundesliqa komandası "Hamburq" 55 ildən sonra ölkənin ən ali liqasına vida edib.

Publika.az xəbər verir ki, komanda "Volfsburq"un "Köln"ü 4:1 hesabı ilə məğlub etməsindən sonra ikinci liqaya düşüb.

"Bundesliqanın dinozavrı" son matçda "Borussiya Münhenqladbax"la qarşılaşıb. Lakin 2:1 hesabı ilə qalib gəlməsinə rəğmən, liqada qalmağa xalı çatmayıb. Matçın son dəqiqələrində tribunada yaşanan olaylar səbəbilə meydança boşaldılıb. Əsəbi azarkeş kütləsi tribunanın oturacaqlarını yandırıb.

Qeyd edək ki, 1919-cu ildə yaradılan və 1963-cü ildən bəri liqada yer alan tək komanda olan "Hamburq"un muzeyində 6 liqa, 1 Çempion Klublar Liqasının kuboku var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31